Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə bu sosial şəbəkə xidməti qapadıldı

Türkiyədə bu sosial şəbəkə xidməti qapadıldı


Türkiyənin Rəqabət Qurumu Threads sosial şəbəkə hesabının qapadılmasına qərar verib.

Newscenter.az quruma istinadən bildirir ki, Meta şirkəti tərəfindən X-ə (Twitter) rəqib olaraq istifadəyə verilən və hazırda dünya səviyyəsində təxminən 150 milyon aylıq aktiv istifadəçisi olan Threads tətbiqi Rəqabət Qurumunun qərarı ilə bu gecədən etibarən Türkiyədə girişə bağlanacaq.

Qeyd erdək ki, keçən ay qurum Threads və Instagram tətbiqlərini birləşdirərək dominant mövqeyindən sui-istifadə etməkdə şübhəli bilinərək başlayan istintaqda Metaya qarşı müvəqqəti qərar verib. Bu çərçivədə bu gündən etibarən Threads-a Türkiyədən daxil olmaq mümkün olmayacaq.

Məlumat üçün bildirək ki, 2023-cü ilin iyulunda bütün dünyada istifadəyə verilən Threads cəmi 2 saat ərzində 2 milyon istifadəçiyə çatıb. Tətbiq 5-ci günün sonunda 100 milyon istifadəçini keçib. Sonradan böyümə sürətində yavaşlama göstərən Threads hazırda təxminən 150 milyon aylıq aktiv istifadəçiyə malikdir.

Anar Əliyev
Xəbəri paylaş