Son illər müşahidə edilən problemıərdən biri də xroniki sayıqlama pozuntusudur.
Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtizova deyir ki, xroniki sayıqlama pozuntusu şizofreniya diaqnozu qoyulan bir çox insan kimi xroniki sayıqlama pozuntulu insanlar da ətrafındakılar tərəfindən tamamilə yanlış olaraq görülən düşüncələri ehtiva edir. Onun sözlərinə görə, bununla yanaşı, şizofren olanların əksinə xroniki sayıqlama pozuntusu diaqnozu qoyulan insanlar olduqca normal davrana bilərlər:
"Davranışları şizofreniyanın xüsusiyyəti olan böyük dağınıqlıq və performans əksiklikləri sərgiləmir və davranış pozulması bu problemdə, xroniki olanlarda belə nadir hallarda rastlanılır".
Psixoloq deyib ki, xroniki sayıqlama pozuntusunun maraqlı bir alt tipi erotomaniya olaraq adlandırılır:
"Burada sayıqlamanın mövzusu daha üst statusdakı bir insana hiss edilən sevgidir. Aparılan tədqiqata görə təcavüz edən qadınların böyük bir hissəsində erotomaniya diaqnozu qoyulmuşdur".
Anar Əliyev