Qazaxıstanda yeni rəqəmsal imza tətbiq edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstan Milli Sertifikatlaşdırma Mərkəzi bu barədə məlumat yayıb.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, elektron rəqəmsal imzanın (EDC) yeni formatına keçib.
Əvvəllər elektron rəqəmsal imzaların qeydiyyatı zamanı qazaxıstanlılar iki açar alırdılar.
Xatırladırıq ki, Qazaxıstanda elektron rəqəmsal imza şəxsin real imzası kimi istifadə olunur və geniş spektrli dövlət xidmətlərinin əldə edilməsi üçün istifadə olunur.
Natiq Orucov