"Ədalətli sülhə gedən yol iyunda başlaya bilər".
Newscenter.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. İyunda İsveçrədə keçirilməsi planlaşdırılan Sülh Sammitinə hazırlaşdıqlarını deyən Zelenski, “Dünyanın əksəriyyəti Rusiyanı sülhə məcbur etməlidir və bunu edə bilər",-deyə vurğulayıb.
Sammitə hazırlıq çərçivəsində Ukraynanın bir çox beynəlxalq görüşlər keçirəcəyini bildirən Zelenski, əmin olduğunu bildirib ki, İsveçrə görüşündə hansısa müsbət irəliləyiş əldə oluna bilər.
Mehman Mehdiyev