Görünən odur ki, Ermənistan hakimiyyəti qəti şəkildə Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Hər halda erməni rəsmilərinin, eləcə də sadə ermənilərinin fikirlərindən belə anlaşılır. Ancaq siyasilər hesab edirlər ki, Azərbaycan tərəfi Zəngəzur dəhlizinin açılmasına mütləq nail olmalıdır.
Newscenter.az-ın xəbərinə görə, ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov deyib ki, Azərbaycan Zəngəzurdan imtina edə bilməz. Onun sözlərinə görə, tarixi şərait doğru dəyərləndirilmədir:
"Azərbaycan qanunsuz heç nə tələb etmir. Öz yaxın tarixinin torpağını tələb edir. Sovet İttifaqının yaranması zamanı kimin ərazisi nə olubsa, onu istəyirik. Oyun quran, şərtləri diktə edən siyasət yürütmək məqsədə uyğundur.
Sanksiyalardan qorxmaq lazım deyil".
Azər Qasımov deyib ki, sanksiyalardan qorxmaq lazım deyil.
Süleyman