Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baş Prokurorluq: Kütləvi məzarlıqlarda beynəlxalq qanunvericiliyin tələbləri kobud şəkildə pozulub

Baş Prokurorluq: Kütləvi məzarlıqlarda beynəlxalq qanunvericiliyin tələbləri kobud şəkildə pozulub


Kütləvi məzarlıqlarda "Hərbi əsirlərlə rəftara dair", "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" və "Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair" konvensiyaların müddəalarının kobud surətdə pozulduğu müəyyənləşib.

Newscenter.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev aprelin 30-da keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, müharibə zamanı mülki şəxslərin müdafiəsi ilə bağlı konvensiyanın tələblərinə əsasən münaqişə tərəflərinin üzərinə cəsədlərin fərdi qaydada dəfn olunması, bundan əvvəl ölümün təsdiq olunması, ölən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi və bu barədə hesabatın hazırlanması öhdəlik kimi qoyulub:

"Cenevrə Konvensiyasına əsasən, münaqişə tərəfləri ölənlərin ləyaqətlə və mümkün qədər mənsub olduqları dinin tələblərinə uyğun şəkildə dəfn edilməsini, həmişə tapıla bilən olması üçün lazimi qaydada qorunmasını və nişanlanmasını təmin etməlidirlər. Kütləvi məzarlıqlara baxış keçirilərkən aşkar edilmiş insan qalıqlarının mövcud vəziyyətinə əsasən onların bir-birinin üzərində heç bir fərdiləşmə aparılmadan basdırıldığı müəyyənləşib".
Xəbəri paylaş