Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dəyişməyən erməni reallığı və dəyişməyən erməni xisləti

Dəyişməyən erməni reallığı və dəyişməyən erməni xisləti


Ermənistanda hələ də revanşist fikirli təbəqə, Azərbaycana qarşı düşmən mövqe sərgiləyən insanlar qalmaqdadır. Bu günlərdə İrəvan Milli Akademik Opera və Balet Teatrında baş verən olay belə deməyə əsas verir. Belə ki, İrəvan Milli Akademik Opera və Balet Teatrında keçirilən tamaşa zamanı üzərində “Xain torpaqları təslim edir” yazısı olan plakatlarla gənclər səhnəyə daxil olublar.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini ifadə edən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan dünyada və regionda dəyişən geosiyasi reallıqlar fonunda yeni dünya nizamında dövlət olaraq varlıqlarını davam etdirmək üçün Azərbaycan və Türkiyə ilə münasibətləri normalaşdırmağın vacibliyini dərk edir. Lakin ölkə daxilində kök salmış, işğal ideyaları ilə bəslənən, mif düşüncələrin əsiri olan radikal erməni müxalifəti bu uğurda gəncləri də zəhərləməyə davam edir:

"Mənzərə isə dəyişməyən erməni reallığı və dəyişməyən erməni xislətidir".

Süleyman
Xəbəri paylaş