Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan parlamenti delimitasiyaya etiraz edənlərin təkliflərini rədd etdi

Ermənistan parlamenti delimitasiyaya etiraz edənlərin təkliflərini rədd etdi


Ermənistan parlamenti “Ermənistan” fraksiyasının delimitasiya və demarkasiyaya etiraz olaraq parlamentə təqdim etdiyi sənədi müzakirəyə çıxarmaqdan imtina edib.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, parlament indiki halda sözügedən sənədin müzakirəyə çıxarılmasını qeyri-məqbul hesab edib.

Qeyd edək ki, "Ermənistan" fraksiyasının təqdim etdiyi sənəddə güc təzyiqləri və hədə-qorxuları ilə deyil, yalnız etimad mühiti formalaşandan sonra demarkasiya və demarkasiyanın zəruriliyindən danışılır.

Həmçinin. iddia edilir ki, demarkasiyanın başlanğıc nöqtəsi Azərbaycanın 1993-cü ilin sentyabrında MDB-yə daxil olduğu zamanki faktiki sərhədləri, yəni təmas xətti olmalıdır. Çünki MDB-yə üzvlük demarkasiya və demarkasiya üçün ilkin əsasdır.

Anar Əliyev
Xəbəri paylaş