Formula-1 yarışları bundan sonra Türkiyədə keçirilə bilər.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib.
Nazir bildirib ki, 2026-cı ildən etibarən Formula 1 yarışlarının Türkiyəyə gətirilməsi prosesi başlanacaq.
"Tender prosesi aprel ayında baş tutdu və uğurla başa çatdı. İndi, bz ikinci mərhələyə keçdik. Saytın təhvil-təslimatı mayın ilk həftəsində həyata keçiriləcək".
Nazir qeyd edib ki, Formula 1 yarışlarının Türkiyəyə gətirilməsi 2026-cı ildən etibarən sürətlə başlayacaq.
Natiq Orucov