Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstandakl etirazlar nəyə gətirib çıxaracaq?

Gürcüstandakl etirazlar nəyə gətirib çıxaracaq?


Artıq bir neçə gündür ki, Gürcüstanda etiraz aksiyaları keçirilir. Hər gün aksiyaya qoşulanların sayının artması belə bir fikir formalaşdırıb ki, Gürcüstan yeni hakimiyyət çevrilişi ərəfəsindədir. Bəs görəsən bu barədə ekspertlər nə düşünür?

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Gürcüstanda hakim "Gürcü Arzusu" partiyası "Xarici agentlər" qanunu növbəti dəfə parlamentin müzakirəsinə çıxarması, müxalifətin etirazları ilə müşahidə olunur. Onun sözlərinə görə. hakimiyyətin "Xarici agentlər" haqqında qanununa qarşı ABŞ və Avropa İttifaqı sərt mövqeyini ortaya qoyub:

"Qərbin və müxalifətin sərt etirazlarına baxmayaraq hakim "Gürcü Arzusu" partiyası qanunun qəbul edilməsində israrlıdır.

"Gürcü Arzusu" partiyasının fəxri lideri Bidzina İvanaşvilinin ötən gün Tiflisdə 120 minlik mitinq keçirməsi, bu qanunun müəllifi və prosesin arxasında özü olduğunu mesajını verdi. Məhz 120 minlik mitinqin keçirilməsi, Qərbə əzələ nümayişidir. Həmçinin bununla bağlı hakimiyyət geri çəkilməyəcəyini mövqeyini ortaya qoydu".

Politoloq deyib ki, müxalifətin kiçik qruplarla mitinqinə qarşı hakimiyyətin keçirdiyi izdihamli mitinq xalqın hakimiyyətin yanında olduğunun mesajını vermiş oldu:

"Müxalifətin parlament qarşısında 2 minə yaxın etirazçı ilə mitinq təşkil etməsi, xalqın dəstək verməməsi müxalifətin geri çəkilməsinə gətirib çıxaracaq. Bu qanun Gürcüstanda QHT və vətəndaş cəmiyyətini zəifəldəcək və ölkədə demokratik sistemin zəifləməsinə gətirib çıxaracaq".

Məhəmməd Əsədullazadə deyib ki, bu qanun qəbul edildikdən sonra, Qərblə Gürcüstan hakimiyyəti arasında konfrontrasiya müvəqqəti xarakter daşıyacaq:

"Gürcüstan müxalifətində vahid lider olmadığı üçün Qərb hakimiyyətlə işləyəcək. "Gürcü Arzusu" partiyasının "Xarici agentlər" qanunun Rusiya ilə əməkdaşlıq müstəvisində qəbul edib kimi açıqlamalar əsasən, publikada hakimiyyəti Moskva ilə əməkdaşlıq edir kimi qələmə verməkdən ibarətdir. Gürcü hakimiyyətini gücləndirmək və vətəndaş cəmiyyətini Qərbin təsirlərindən qorumaq üçün bu üsula əl atıb. Qərb Gürcüstanda vətəndaş cəmiyyətini və müxalifəti dəstəkləməsi hakimiyyətin maraqlarına cavab vermir".

Süleyman
Xəbəri paylaş