Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İordaniyadakı səfirliyimizdə turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

İordaniyadakı səfirliyimizdə turizm şirkətlərinin rəhbərləri ilə görüş keçirilib


Azərbaycanın İordaniyadakı səfirliyində Azərbaycandan gələn turizm şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə çıxış edən Azərbaycanın İordaniyadakı səlahiyyətli səfiri Eldar Səlimov bu səfərin Azərbaycan və İordaniya arasında turizm sektoruna töhfə verəcəyini bildirib. Eldar Səlimov qeyd edib ki, iki dövlətin Azərbaycan və İordaniyanın dostluq əlaqələrinin tarixi kökləri var. Daha sonra Eldar Səlimov turizm şirkətlərinin rəhbərləri ilə fikir mübadiləsi aparıb. Turizm şirkətlərinin rəhbərləri tezliklə Azərbaycandan İordaniyaya, eləcə də əks istiqamətdə turistlərin axının artacağını bildiriblər.

Turizm şirkətlərinin adından “R-travel&Tours” şirkətinin prezidenti Əbülfət Hüseynov onlara İordaniyada yaradılan şəraitdə və göstərilən diqqətə görə Eldar Səlimova təşəkkürünü bildirib. Daha sonra xatirə şəkli çəkilib.
Xəbəri paylaş