Türkiyəyə ən çox səfər edən xarici turistlər arasında iranlı turistlər üstünlük təşkil edir.
Newscenter.az xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy deyib. Nazir bildirib ki, cari ilin ilk 3 ayının yekunları belə deməyə əsas verir.
Mehmet Nuri Ersoy deyib ki, iranlı turistlərdən sonra isə sıralamada Almaniya və Rusiya Federasiyasının vətəndaşları yer alıb.
Nazir deyib ki, cari ilin 3 ayında ümumuilikdə Türkiyəyə 9 milyon 68 min turist gəlib. İl sonuna qədər bu rəqəmin 16,7 milyona çatdırılması hədəflənib.
Natiq Orucov