Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Makron Bakı qarşısında geri çəkildi?

Makron Bakı qarşısında geri çəkildi?



Fransa prezidenti Emmanuel Makron Azərbaycandakı səfiri Ann Buayonu Bakıya geri qaytarmağa qərar verib. Səfir Bakıdadır və fəaliyyətini davam etdirir.

Maraqlıdır ki, Fransa prezidenti nədən belə bir addım atdı?

Newscenter.az-ın xəbərinə görə, politoloq Elxan Şahinoğlu məsələyə münasibət bildirərkən deyib ki, Makron nümayişkənarə şəkildə aprelin 16-da Fransanın Azərbaycadakı səfirini “məsləhətləşmələr” adıyla geri çağırmışdı:

"Şəxsən onunla görüşmüşdü ki, bunu da anti-Azərbaycan addımı kimi qiymətləndirmək mümkündür. Makron səfiri bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı da Azərbaycanın Fransadakı səfirini geri çağıracaqdı. Bu isə münasibətlərin daha da dibə vurması demək olacaqdı. Böyük ehtimalla Makron və onun müşavirləri hesablarında yanıldıqlarını anladılar. Birincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Azərbaycanla Ermənistan sərhədin müəyyənləşməsində razılaşma əldə etdi. İkincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Almaniya yenidən ön plana çıxdı və prezident İlham Əliyev Berlində Olaf Şoltsla görüşdü".

Politoloq qeyd edib ki, Makronun anti-Azərbaycan siyasəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflədib:

"Bu isə o deməkdir ki, əslində Makron ölkəsinin maraqlarına zidd siyasət yürüdüb. O bu siyasətindən geri çəkiləcəkmi, bunu yaxın aylarda görəcəyik. Hələliksə, Qarabağ separatçılarının nümayənlərini əvvəlki illərdə olduğu kimi Parisdə tədbirlərə dəvət edir və bir qisminə mükafatlar təqdim edirlər".

Anar Əliyev
Xəbəri paylaş