Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan Sinqapurla əlaqələri inkişaf etdirir

Qazaxıstan Sinqapurla əlaqələri inkişaf etdirir


Qazaxıstan Sinqapurla hərtərəfli əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

Newscenter.az "Sputnik Qazaxıstan"-a istinadən bildirir ki, bunu Qazaxıstan prezidenti Qasım Jomart Tokayev Sinqapur parlamentinin sədri Kian Penanı qəbul edərkən deyib.

"Biz zamanın sınağından keçmiş etibarlı tərəfdaşıq. Qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi istiqamətində geniş işlər görülüb. Bununla belə, biz iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün qarşıya məqsəd qoymuşuq", - deyə prezident bildirib.

Qasım-Jomart Tokayevin sözlərinə görə, parlament diplomatiyası beynəlxalq əməkdaşlığın artırılmasında və dövlətlər arasında dialoqun təşviqində çox mühüm rol oynayır.

Qeyd edək ki, Qazaxıstan və Sinqapur arasında sıx əlaqələrin daha da genişləndirilməsi məqsədi daşıyan görüş dostluq və məhsuldar şəraitdə keçib.

Anar Əliyev
Xəbəri paylaş