Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya-Ukrayna savaşı indiki halda atəşkəslə dayana bilər

Rusiya-Ukrayna savaşı indiki halda atəşkəslə dayana bilər


Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki,iyun ayında İsveçrədə keçiriləcək Sülh Sammiti çərçivəsində Rusiya ilə ədalətli sülh əldə etmək olar. Bəs görəsən tərəflər buna hazırdırmı?

Newscenter.az-ın xəbərinə görə, politoloq Zeynal Əmrəliyev hazırkı situasiyada buna şərait olmadığı qənaətindədir. Onun sözlərinə görə,hazırda savaş bütün gücü ilə davam edir:

"Rusiya Ukraynanı hərbi meydanda məğlub etmək üçün əlindən gələni edir. Bu yaxınlarda Vladimir Putin səfərbərlik haqqında yeni fərman imzaladı. Eyni zamanda Qərb də Ukraynaya mühüm yardım göstərdi. Görünür ki, tərəflər yeni güclü toqquşmalara hazırlaşırlar".

Politoloq deyib ki, mayın 7 - də Moskvada Putinin and içmə mərasimi olacaq və həmən mərasimdən sonra Rusiyanın Ukraynayada fəallaşması gözlənilirdi:

"Ancaq Qərbin Ukraynaya olan son dəstəyi bu prosesi dayandıra bilər. Biz təxminən mayın sonlarına qədər bunu gözləməliyik. Əgər Rusiya Ukraynada gücləndirilmiş hücuma keçməsə tərəflər arasında atəşkəslə bağlı hansısa təmaslar başlaya bilər. Əks halda müharibə bütün gücü ilə davam edəcək. Müharibə yalnız indiki halda atəşkəslə dayana bilər. Bu isə davamlı sülh deyil. Bu o deməkdir ki, müharibə bir zaman yenidən başlaya bilər. Ukrayna öz ərazilərini tam azad etmədən inanmıram ki, Rusiya ilə müharibə bitsin. İndiki şəraitdə bunun mümkün olması isə çox çətindir".

Süleyman
Xəbəri paylaş