Türkiyədə sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş verib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Qaziantepdə qeydə alınıb.
Belə ki, sərnişin avtobusu hərəkətdə olarkən Adana ərazi şöbəsi Çayıroba Məhəlləsində aşıb. İlkin məlumata görə, qəza nəticəsində 10 nəfər xəsarət alıb.
Qəza yerinə çoxlu təcili yardım maşınları göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara aparılıb.
Hələlik qəzanın hansı səbəbdən baş verdiyi məlum deyil.
Anar Əliyev