Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə avtobus qəzası, ölən və yaralananlar var

Türkiyədə avtobus qəzası, ölən və yaralananlar var


Türkiyədə sərnişin avtobusunun iştirakı ilə ağır yol qəza hadisəsi baş verib.

Newscenter.az trthaber-ə istinadən xəbər verir ki, minik avtomobili ilə sərnişin avtobusunun toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.

Hadisə Çorumun İskilip rayonunda qeydə alınıb. minik avtomobili ilə mikroavtobus toqquşub. Məlumata görə, Çorum-İskilip yolunun Kızılırmak körpüsü yaxınlığında Nazlı Başkının idarə etdiyi avtomobillə Əhməd Altunayanın idarə etdiyi mikroavtobus toqquşub.

Xəbər üzərinə hadisə yerinə jandarma, xilasetmə və sağlamlıq qrupları sövq edilib. Yaralılar Hitit Universiteti Erol Olçok Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Mehman Mehdiyev
Xəbəri paylaş