Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Üçüncü Daşkənd Beynəlxalq İnvestisiya Forumu” keçiriləcək.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, forumun açılış mərasimində Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da iştirak edəcək. Bu məqsədlə Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Özbəkistana səfər edəcək.
Vitse-prezident Yılmazın Özbəkistana səfəri iki gün davam edəcək. Yılmaz Özbəkistan prezidenti Şavkət Mirziyoyev ilə görüşəcək.
Özbəkistan Ali Məclisinin Senat sədri Tənzilə Narbayeva Özbəkistanın Baş nazirinin müavini Cemşit Kuçkarovla da ayrıca görüşlər nəzərdə tutulub.
Natiq Orucov