Türkiyədə yeni Konstitusiya ilə bağlı siyasi çevrələrlə müzakirələrə başlanılır.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş bu gün yeni Konstitusiya ilə bağlı siyasi partiyalarla görüşlərə start verəcək. Kurtulmuş ilk olaraq ana müxalifət partiyası olan CHP sədri Özgür Özəllə görüşəcək.
Məclis sədrinin bu gün qrup toplantısını keçirən MHP sədri Dövlət Baxçalı ilə də görüşü gözlənilir. TBMM sədri Kurtulmuş planlaşdırılan təqvim çərçivəsində digər partiya qruplarını da ziyarət edəcək.
Bu prosesdən sonra siyasi partiyalar arasında konstitusiya yaradılması prosedurları və prinsiplərini müəyyən etmək üçün məsləhətləşmələr aparılacaq.
Anar Əliyev