Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zəngəzur yolunun Ermənistanın tam nəzarəti əsasında açılması razılıq əldə edilib

Zəngəzur yolunun Ermənistanın tam nəzarəti əsasında açılması razılıq əldə edilib


Azərbaycanla Ermənistan arasında bu ilin sentyabrında iki ölkə arasında baza sənədi(Çərçivə sazişi) imzalanması mümkündür.

Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ikitərəfli danışıqlar gedir və Azərbaycanın Ermənistana təqdim etdiyi növbəti təkliflər paketi məhz baza sənədinin imzalanmasını özündə ehtiva edir:

"Xarici işlər nazirləri Alma-Atıda görüşüb, bir neçə məsələlər üzərində razılaşma əldə edilməsi gözlənilir. Ermənistanda revanşistlər maksimum çalışır ki, Azərbaycanla gözlənilən razılaşmanın qarşısı alınsın. Erməni kilsəsi və müxalifət aktiv şəkildə bunun üzərində dayanıb. Rusiya tərəfinə gəldikdə, Kreml Azərbaycanla Ermənistan arasında razılaşmaya etiraz etməyəcək".

Politoloq deyib ki, Prezident İlham Əliyevin Moskvada V. Putinlə görüşündə bu məsələlər müzakirə olunub:

"Rusiya bu məsələdə neytral qalacaq. Qazaxıstan prezidentinin Ermənistana səfərində bir çox məsələlər razılaşdırılıb. Hətta Zəngəzur yolunun Ermənistanın tam nəzarəti əsasında açılması razılıq əldə edilib".

Süleyman
Xəbəri paylaş