Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyası Ali Baş Komandanın rəhbərliyi altında uğurla həyata keçirilir

Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd strategiyası Ali Baş Komandanın rəhbərliyi altında uğurla həyata keçirilir


Dövlət Sərhəd Xidməti Akademiyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilib.

Newscenter.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, dövlət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər, DSX-nın əməkdaşlarının iştirak etdiyi tədbirdə Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi hörmət və ehtiramla anılıb.

Çıxışlarda Azərbaycanın memarı və qurucusu, Heydər Əliyevin Milli Sərhəd Strategiyasının banisi olduğu vurğulanıb.

Mərasimdə iştirak edən Milli Məclisin deputatı Jalə Əhmədova Ulu Öndər Heydər Əliyevin Azərbaycan sərhəd mühafizəsinin formalaşması və inkişafı istiqamətindəki xidmətlərindən, dahi şəxsiyyətin müəyyənləşdirdiyi milli sərhəd strategiyasının Ali Baş Komandanımızın rəhbərliyi altında uğurla həyata keçirilməsindən danışıb. Deputat ölkəmizin sərhəd mühafizəsinin qorunmasını ən yüksək səviyyədə yerinə yetirən sərhədçilərimizə xidmətlərində müvəffəqiyyətlər arzulayıb.



Süleyman
Xəbəri paylaş