Ukrayna Rusiya ilə müharibədə məğlub olacağı təqdirdə Birləşmiş Ştatlar Ukraynaya qoşun göndərə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasındakı Demokratların lideri Xakim Ceffris deyib. Konqresmen Kiyevin məğlub olacağı təqdirdə ABŞ-ın Ukrayna münaqişəsi zonasına qoşun yeritməli olacağını istisna etməyib.
Ceffris, eyni zamanda, Kiyevin hərbi ehtiyacları üçün əlavə maliyyənin razılaşdırılmasında gecikmənin olmasını Respublikaçılar Partiyasında rusiyayönlü fraksiyanın güclənməsi ilə əlaqələndirib.
Onun fikrincə, bu fraksiya Ukraynanı dəstəkləmək istəmir və Rusiyanın ABŞ-ın düşməni olmadığına inanır.
Mehman Mehdiyev