Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Baydenin ən böyük donorları Fələstinə dəstək aksiyalarını maliyyələşdirir

Baydenin ən böyük donorları Fələstinə dəstək aksiyalarını maliyyələşdirir


ABŞ prezidenti Co Baydenin ən böyük donorlarından bir neçəsi Fələstin tərəfdarı nümayişlərin fərdi təşkilatçılarına maliyyə dəstəyi verir.

Newscenter.az-ın məlumatına görə, bu barədə "Politico" nəşri xəbər yayıb.

Nəşrin iddiasına görə, belə sponsorlar arasında ABŞ Demokratik Partiyasının dairələrində ən nüfuzlu ailələr, xüsusilə Soros, Rokfeller və Pritzkerlər var. "Politico" yazır ki, Kolumbiya Universitetinin və digər Amerika universitetlərinin şəhərciyində keçirilən etiraz aksiyalarının arxasında Corc Sorosun təsis etdiyi Tides Fondu tərəfindən maliyyələşdirilən, eyni zamanda Bill və Melinda Qeytsdən maliyyə alan Jewish Voice for Peace və IfNotNow təşkilatları dayanır.

Nəşrin yazdığına görə, Hyatt Hotels Corporation-ın təsisçisi Syuzan və Nik Pritzkerin varisləri fələstinlilərin hüquqlarını müdafiə edən digər təşkilatlara dəstək verirlər. Dünyanın ən zəngin ailələrindən biri olan bu ailə bir neçə ay əvvəl Baydenin seçki fonduna 6,6 min dollar bağışlayıb və onun 2020-ci ildə prezident seçilməsinə 300 min dollardan çox töhfə verib.

Qeyd edək ki, Amerika universitetlərində Fələstinin müdafiəsi, İsrailin hərəkətlərinə və ABŞ hakimiyyətinin dəstəyinə qarşı kütləvi etirazlar keçirilir. Aprelin 18-dən bəri polis 30-dan çox universitetdə keçirilən bu cür nümayişlərdə 2000-dən çox insanı saxlayıb. Etirazçılar Qəzza zolağında 6 ay ərzində 34,6 min insanın ölümü və 77,8 min nəfərin yaralanması ilə nəticələnən hərbi əməliyyat keçirən İsrailə maliyyə yardımı və silah tədarükünün dayandırılmasını tələb edirlər.

Anar Əliyev
Xəbəri paylaş