Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Erməni kilsəsi tarixən türkə, qarşı nifrəti, qəzəbi, revanşizmin aşılayayan mərkəzlərdən biri olub

Erməni kilsəsi tarixən türkə, qarşı nifrəti, qəzəbi, revanşizmin aşılayayan  mərkəzlərdən biri olub


"Erməni kilsəsi tarixən türkə, qarşı nifrəti, qəzəbi, revanşizmi aşılayan və məkirli planları işləyib həyata keçirən əsas mərkəzlərdən biri, birincisi olub. Erməni kilsəsi, başda Eçmiədzin Qriqoryan Apastol kilsəsi bir qayda olaraq bəşəriyyətin, o cümlədən regionun təhlükəsizliyinə, mədəniyyətlərarası dialoqa, millətlərin əməkdaşlığına deyil, qarşıdurmaya, irticaya, terrora, radikal separatizmə dəstək çağırışı edib. Keçmiş Dağlıq Qarabağla bağlı körüklənən erməni millətçilərinin etirazları, azərbaycanlıların qətlə yetirilməsinə, sonradan Ermənistanın Azərbaycanın işğalçılığına da məhz erməni Qriqoryan kilsəsi xeyir-dua vermişdi"

Newscenter.az xəbər verir ki, bu fikirləri Erməni kilsəsinin baş nazrir Paşinyan hökümətinə qarşı Azərbaycanla delimitasiya və geodeziya işlərinin həyat keçirilməsi üçün əldə edilmiş razılaşmaya qarşı şıxmasına münasibət bildirərkən deyib.

Ə.Orucov daha sonra bildirib:

"Birinci Qarabağ müharibəsində erməni baş keşiş Birinci Vazgen təhrikçi, Azərbaycana və azərbaycanlılara qarşı qaddarlığına, terrorçuların başında durduğuna görə Ermənistanın milli qəhrəmanı adını alıb. İndi də Eçmiədzin dini mərkəzi rəhbərliyi Qaragen başda olmaqla bütün keşişləri eyni xətti davam etdirirlər. Bu da məlumdur ki, erməni kilsəsi və keşişlər tarixən böyük dövlətlərin, əsasən də Rusiyanın aləti olublar. İndi də xarici dövlət orqanlarının, Rusiyanın, Fransanın və s. nəzarətində və agentləri olublar. Ermənistan-Azərbaycan arasında normallaşma prosesinin davam etdirilməsi istiqamətində hər iki dövlətin vasitəçisiz ilkin razılaşmaları Fransanı, Rusiyanı ciddi narahat etdiyindən kilsəni dövriyyəyə buraxıb".

Əli Oruclu deyib ki, Ermənistanın Tavuş adlandırdığı əyalətdə baş verən etirazların başında keşiş Baqrat Qalstanyanın olması bir daha erməni klisəsinin əsil simasını təsdiqlədi:

"Onun din adına hansı qeyri-insanı, pozuculuq fəaliyyət göstərdiyi, sülhə ciddi təhlükə olduğunu göstərmiş oldu. Erməni Qriqoryan kilsəsi və onun katalikosları dindən çox siyasətlə məşğul olurlar və erməni siyasətinin ana xəttini müəyyənləşdirirlər. Hazırda bu davakar, qarışdırıcı fəaliyyət davam etdirilsə də, məncə prosesi əngəlləməyə nail ola biləcəyi şübhə doğurur. Kilsə ermənilərin başına gələn faciələrin əsil baiskarıdır və erməni xalqı bu həqiqəti dərk etməlidir".

Süleyman
Xəbəri paylaş