Qazaxıstanda yeni tibb müəssisələri tikiləcək. İlkin olaraq Qızılorda rayonunun kəndlərində 27 tibb müəssisəsinin tikilməsi nəzərdə tutulub.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, “Kənd səhiyyəsinin müasirləşdirilməsi” milli layihəsi çərçivəsində Qızılorda rayonunun kəndlərində tibb və feldşer-mama məntəqələrinin, habelə tibb məntəqələrinin tikintisi planlaşdırılıb.
Bundan başqa, Şieli və Janakorqan şəhərləri də daxil olmaqla 4 rayonlararası xəstəxana əsaslı təmir olunacaq və tibbi avadanlıqlarla təchiz ediləcək”.
Nərgiz Əzizova