Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan sələflərindən fərqli olaraq daha doğru siyasət yürüdür

Paşinyan sələflərindən fərqli olaraq daha doğru siyasət yürüdür


Əslində Paşinyan Ermənistanın gələcəyi baxımından öz sələflərindən fərqli olaraq daha doğru siyasət yürüdür və çalışır ki,erməni xalqının on illərlə beyninə dürtülmüş cəfəngiyatın , erməni xalqı üçün və dövlətçilik ənənələri baxımından faydasız olduğunu xalqa anlatsın və bunun əksinə olaraq revanşist qüvvələrin yürütdüyü siyasətin nə qədər ziyanlı olduğunu və bundan tez bir zamanda uzaqlaşmağın Ermənistan üçün təhlükəsizlik baxımından faydalı olduğunu zaman zaman dilə gətirib. Əslində Paşinyanın Rusiya haqqında, dedikləri də həqiqəti əks etdirir.O deyir ki, Rusiya bizi öz maraqları üçün aldatdı və sonda bizi müdafiə etmədi.

Paşinyanın gətirdiyi bu arqument , Qarabağ uğrunda son qarışına kimi uduzmuş Ermənistanın ağıllanması üçün kifayət qədər böyük arqument hesab olunur. Sözsüz ki, burda Qərb kuratorlarının əməyi var, amma, bir o qədər də hiyləgər siyasət yürüdən Qərbin öz maraqları çərçivəsində çirkin planların Cənubi Qafqazda hazırlanması prosesi gedir.

Rusiya Cənubi Qafqazda ortalığı bir-birinə qatıb.Bunun da ziyanlı tərəfləri ilə müsbət tərəfləri var. Rusiya çalışır ki, Qərb Cənubi Qafqaza girə bilməsin və bütün gücüylə buna mane olur.Bu da Qərbin Cənubi Qafqazdakı hiyləgər siyasətinin qarşısını almaq üçün faydalı hesab oluna bilər.

Ermənistanda fəallaşan revanşist qüvvələrin sərhəd boyunca keçirdikləri aksiyalar sifarişlidir və mövsümi xarakter daşıyır. Bu səbəbdən Qərb onların ölkə ərazisinə yayılmasına imkan verən deyil. Çünki, Paşinyan artıq Qərbin xüsusi diqqəti altındadır və Qərb Ermənistanı Rusiyaya bir daha geri verən deyil.

Çingiz Şahbazi, siyasi ekspert

Newscenter.az üçün
Xəbəri paylaş