Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Revanşistlərin başladığı etiraz aksiyaları Paşinyanı devirmək üçün fəaliyyətin bir parçasına çevrilib

Revanşistlərin başladığı etiraz aksiyaları Paşinyanı devirmək üçün fəaliyyətin bir parçasına çevrilib


"Qazaxın dörd kəndinin danışıqlar yolu ilə Azərbaycana qaytarılması razılaşmasından sonra Ermənistanda revanşistlərin başladığı etiraz aksiyaları Paşinyanı devirmək üçün fəaliyyətin bir parçasına çevrilib. Aksiyaların məhdud həcmdə və az sayda etirazçı ilə davam etməsi revanşistlərin Ermənistanda olan dəstəkçilərinin yox səviyyəsində olduğunu göstərir".

Bu fikirləri Newscenter.az-a ƏHD Partiyası sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, onların İrəvana doğru marşı da ciddi dəstək almır:

"Keşişlərin təşkilatçılıq etdiyi yürüşün kilsənin belə artıq rolunun azaldığına işarə edir. Doğrudur, bu aksiyada iştirak edən keşişin Paşinyanın tapşırığı ilə hərəkət etdiyi də deyilir. Onun erməni kilsəsinə rəhbərlik iddiasının olduğu bildirilir. Paşinyan onun vasitəsi ilə kilsəyə sahib olmaq planları cızır. Amma ümumilikdə Ermənistanda revanşist qüvvələrin və başda kilsə olmaqla hamısının birlikdə Paşinyana qarşı mübarizə aparması ehtimalı hələki görünmür. Rusiya Paşinyana qarşı son kartlarını işə salmır. Hələki Rusiya Ermənistanı Ukrayna kimi tamamilə itirmək istəmir. Daxili ehtiyatlar ilə Paşinyana təzyiq edir".

Azər Qasımovun sözlərinə görə, Rusiya da yaxşı başa düşür ki, Paşinyan belə tezliklə Qərbə tərəf ciddi addımlar atmaq imkanında deyil:

"Hələki fikir dueli gedir. Tərəflər bir-birilərinin sinirlərini test edirlər. Beynəlxalq konyukturun uyğun zamanını gözləyirlər".

Süleyman
Xəbəri paylaş