Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimali İraqda terror bataqlığını qurudana qədər mübarizəni davam etdirəcəyik

Şimali İraqda terror bataqlığını qurudana qədər mübarizəni davam etdirəcəyik


"Şimali İraqda terror bataqlığını qurudana qədər mübarizəni davam etdirəcəyik".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kabine toplantısından sonra səsləndirib. Türkiyə lideri bildirib ki, eyni mübarizə Suriyada da davam etməkdədir.

Rəcəb Tayyib Ərdoğan deyib ki, Şimali İraq və Suriyada PKK/YPG terror təşkilatları mövcud olana qədər Türkiyənin təhlükəsizliyinə təhdid mövcud olacaq.

Ərdoğan Şimali İraqda PKK terror təşkilatına qarşı mübarizə çərçivəsində terrorçuların çəmbərinin daraldığını vurğulayıb və bildirib ki, tezliklə terror təşkilatına qarşı ciddi bir zərbə vurulacaq.

Anar Əliyev
Xəbəri paylaş