Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TBMM sədri Meksikaya gedib

TBMM sədri Meksikaya gedib


Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Meksikaya gedib.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, TBMM sədri Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliyanın təmsil olunduğu MİKTA-nın 10-cu Məclis Sədrləri Toplantısında iştirak edəcək.

MİKTA-nın Parlament Sədrlərinin 10-cu toplantısı paytaxt Mexikoda “Daha dinc, bərabər və ədalətli dünya qurmaq üçün parlamentlərin birgə fəaliyyəti” mövzusu ilə keçiriləcək.

Meksika Nümayəndələr Palatasının sədri Marsela Querra Kastillonun ev sahibliyi etdiyi MİKTA Parlament Sədrlərinin 10-cu Toplantısında “Dialoq vasitəsilə qlobal sülhün inkişafı: Parlamentlər necə təsir yarada bilər?”, “Ticarət dayanıqlı inkişafın gücləndirilməsi vasitəsi kimi” kimi mövzular müzakirə ediləcək.

Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuş Meksika Nümayəndələr Palatasının sədri Kastillo ilə ikitərəfli görüş keçirəcək.

Anar Əliyev
Xəbəri paylaş