Birləşmiş Ştatlar İsraili qəzəbləndiröəcək addım atıb.
Newscenter.az Reuters-ə istinadən bildirir ki,Təl-Əviv rəhbərliyinin Qəzzalıların sığındığı Rəfah şəhərinə qurudan hücuma qərar verməsindən sonra ABŞ İsrailə bomba göndərişini dayandırıb.
Adının çəkilməsini istəməyən ABŞ rəsmisi İsrailə göndərilənlərin 1800 ədəd 900 kiloqramlıq və 1700 ədəd 225 kiloqramlıq bombadan ibarət olduğunu və bu bombaların sıx məskunlaşan ərazilərdə necə istifadə ediləcəyindən narahat olduqlarını iddia edib.
Qeyd edək ki, İsrail ordusu dünən səhər saatlarında Rəfah bölgəsinə qurudan hücuma keçərək Qəzzanın Rəfah Sərhəd Qapısının Misirə açılan Fələstin tərəfini ələ keçirdiyini açıqlayıb.
Mehman Mehdiyev