Ermənistan İspaniya Krallığının Təhsil, Peşə Təhsili və İdman Nazirliyi ilə idman sahəsində əməkdaşlıq memorandumunu imzalayacaq.
Newscenter.az news.am-a istinadən bildirir ki, sözügedən sənəd Ermənistan Respublikasının təhsil və mədəniyyət naziri Janna Andreasyanın bu ölkəyə səfəri çərçivəsində imzalanacaq.
Erməni nazirin səfər çərçivəsində İspaniyanın informasiya texnologiyaları naziri və Elmi Tədqiqatlar Baş Katibi ilə də görüşləri nəzərdə tutulub.
Madridə işgüzar səfər çərçivəsində Janna Andreasyan bir sıra təhsil və mədəniyyət müəssisələrinə, o cümlədən ermənişünaslıq kafedrasının fəaliyyət göstərdiyi Madrid Komplutens Universitetinə baş çəkəcək.
Anar Əliyev