Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə keçirilən etiraz aksiyalarına ölkə xaricində yaşayan ermənilər də qoşulub.
Newscenter.az news.am-a istinadən bildirir ki, Los-Ancelesdə Ermənistanın müdafiəsi üçün yürüş keçirilib
Los-Ancelesdə fəaliyyət göstərən 13 erməni təşkilatı birləşərək Ermənistanın sərhədləri ətrafında baş verən hadisələrdən narahatlığını ifadə edən etiraz aksiyası keçirib.
Aksiya iştirakçıları hazırkı hakimiyyətin istefasını və Ermənistan sərhədlərinin təhlükəsizliyinin təmin edilməsini tələb ediblər.
Mehman Mehdiyev