Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Özbəkistanın bir-neçə aparıcı ali məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş mühazirələr oxunub.
Newscenter.az xəbər verir ki, mühazirələrdə çox sayda tələbə və magistrlər iştirak ediblər.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində və eyni zamanda Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində bir ildən artıqdır ki, Azərbaycan dili və ədəbiyyatı dərsləri də tədris olunmaqdadır.
Süleyman