Avropa Ali Təhsil Məkanı və Qlobal Siyasət Nazirlər Forumunun iştirakçıları bu dəfə Albaniya Respublikasında toplaşacaqlar.
Newscenter.az xarici mediaya istinadən bildirir ki, forum 28-30 may tarixlərində keçiriləcək.
Albaniya Resublikasının paytaxtı Tiranada keçiriləcək Forumda dünyanın 100-ə yaxın ölkəsindən müvafiq sahə üzrə yüksək səviyyəli nazirlər iştirak edəcək.
Forumun gündəliyinə Avropa təhsil məkanının daha zənginləşdirilməsi, bu sahəyə diqqətin artırılması, eləcə də təhsil almaqda çətinlik çəkən məktəb yaşlılara dəstəyin göstərilməsidir.
Forum çərçivəsində iştirakçıların Albaniyanın ali təhsil müəssisələrində görüşləri də nəzərdə tutulub.
Anar Əliyev