Bu ilin mayın 17-də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində biznes forum keçiriləcək.
Newscenter.az xəbər verir ki, bunu İxracın və İnvestisiyalarıns Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bu gün Bakıda keçiriləcək Azərbaycan -Latviya biznes forumunda deyib.
Onun sözlərinə görə, forumda əhəmiyyətli mövzular müzakirə ediləcək: "Bu tədbirdə Latviyadan olan tərəfdaşları görməkdən şad olardıq".