Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Böyük Qayıdış" uğurla icra edilir

"Böyük Qayıdış" uğurla icra edilir


"Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi əlamətdar günlərdə Qarabağda, işğaldan azad edilmiş şəhər və rayonlarımzda olması artıq ənənə halına çevrilib. Bu günlərdə bir daha bunun şahidi olduq. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünüdə mədəniyyətimizin beşiyi Şuşaya səfər edən dövlət başçısı və xanımı daha bir əlamətdar hadisəyə, tarixə imza atdı. Şuşaya ilk qayıdış baş tutdu".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, bu həm də "Böyük Qayıdış" prosesinin uğurla icra edildiynin göstəricisidir:

"Tarixi gündə tarixi ana şahidlik etdik. Şuşa sakinlərinin ilk qrupu artıq öz doğma yurdlarına qayıtdı. İlkin mərhələdə Şuşa şəhərinə 20 ailə - 88 nəfər köçüb. Tezliklə digər azad edilən ərazilərimiz kimi Şuşaya da qayıdış prosesi sürətlənəcək".

Arzuman Muradlı diqqətə çatdırıb ki, İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra azad edilmiş ərazilərdə geniş miqyaslı quruculuq-abadlıq işləri həyata keçirilib, ermənilərin 30 ilə yaxın dağıdıb viran qoyduğu şəhər və kəndlərimiz yenidən qurulub:

"Qarabağ və Şərgi Zəngəzur bölgəsi bu gün sözün əsl mənasında tikinti meydançasını xatırladır. Sürətlə həyata keçirilən quruculuq-abadlıq işləri bölgəni nəinki regionun, eləcə də dünyanın ən cəlbedici məkanına çevirir".

Süleyman
Xəbəri paylaş