Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu ilin birinci rübündə 1,5 milyard dollarlıq xarici investisiya yatırılıb

Bu ilin birinci rübündə 1,5 milyard dollarlıq xarici investisiya yatırılıb


Bu ilin birinci rübündə Türkiyəyə birbaşa xarici investisiya axını 1,5 milyard dollara çatıb.

Newscenter.az Beynəlxalq İnvestorlar Dərnəyinə (YASED) istinadən bildirir ki, mart ayında Türkiyəyə daxil olan birbaşa xarici investisiyaların (UDY) ümumi məbləği 336 milyon dollar olduğu halda, 2024-cü ilin ilk üç ayında bu rəqəm 1,5 milyard dollara çatıb.

Birinci rübdə cəmi daxilolmalarının 1 milyard 218 milyon dolları investisiya kapitalı axını, 796 milyon dolları isə xarici ölkə vətəndaşlarına daşınmaz əmlak satışı hesabına qeydə alınıb.

Birinci rübdə Avropa Birliyi (AB) ölkələri 58 faiz payla Türkiyəyə investisiya kapitalı axınının ən böyük mənbəyi olmağa davam etdi. Bu sırada Hollandiya birinci, ABŞ ikinci, Almaniya isə üçüncü sırada yer alıb.

Natiq Orucov
Xəbəri paylaş