Türkiyədə çay ixracatında artım tendensiyası müşahidə edilir.
Newscenter.az Şərq Qaradəniz İxracatçılar Birliyinə istinadən xəbər verir ki, ölkənin 2024-cü ilin yanvar-aprel dövründə çay ixracatı 10 milyon 461 min 225 dollara çatıb.
Cari ilin 4 ayında Türkiyədən 102 ölkəyə, muxtar və azad zonalara çay satılıb.
Sözügedən dövrdə 2 min 219 ton çay ixrac edilib və 10 milyon 461 min 225 dollar gəlir əldə olunub. Çayın ən çox ixrac edilən üç ölkə sırasında Belçika, Böyük Britaniya və Birləşmiş Ştatlar yer alıb.
Bu dövrdə təkcə Belçikaya 4 milyon 578 min 120 dollarlıq çay satıllıb.
Anar Əliyev