Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Dostumuz, müttəfiqimiz” adlı yeni kitab capdan çıxıb

“Dostumuz, müttəfiqimiz” adlı yeni kitab capdan çıxıb


Bu günlərdə Azərbaycan-İsrail əlaqələrindən bəhs edən “Dostumuz, müttəfiqimiz” adlı yeni kitab capdan çıxıb.

Newscenter.az xəbər verir ki, kitabın müəllifi siyasi elmlər doktoru, professor Vaqif Abdullayevdir. Müəllif bu barədə deyib ki, kitabda Azərbaycan və İsrail arasındakı tarixi dostluq əlaqələrinə, yәhudi vә Azәrbaycan xalqları arasında әnәnәvi tarixi və mәdәni köklәrә әsaslanan sarsılmaz dostluq vә qardaşlığa, iki ölkәnin ictimai-siyasi, iqtisadi-sosial, elmi-humanitar münasibətlərinin müasir vəziyyətinə diqqәt yetirilib:

"Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri İsrail olub, 1992-ci ilin aprelində diplomatik əlaqələr qurulsa da siyasi münasibətlər 1993-cü ildən sonrakı dövrə təsadüf edir.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə, eləcə də müstəqil respublikamıza rəhbərlik etdiyi dövrdə İsrail və Azərbaycan xalqları arasında tarixi dostluğun inkişafına xüsusi diqqət yetirmiş, humanizm prinsiplərinə söykənərək İsrail dövləti və xalqına dərin hörmət və ehtiramını nümayiş etdirmişdir".

Vaqif Abdullayev qeyd edib ki, Cənab Prezident İlham Əliyev də İsrail dövləti ilə münasibətlərə xüsusi önəm vermiş, əlaqələrin strateji zirvəyə yüksəlməsinə təkan verən qətiyyətli siyasət yürütmüşdür:

"Eləcə də Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın humanizm diplomatiyasında İsrail xalqına və mədəniyyətinə yüksək hörmətin bariz ifadəsini görmək mümkündür.

Azərbaycanın İsraildə səfirliyinin açılması müəyyən geosiaysi səbəblərdən ləngisə də son 30 ildә iki ölkə arasında əlaqələr bütün istiqamətlərdə möhkәmlәnәrәk əsil dostluq zirvәsinә çatmış və 2023-cü il martın 29-da Təl-Əvivdə Azərbaycanın diplomatik korpusu fəaliyyətə başlamışdır.

Bu kitabın ərsəyə gəlməsində də bu mühüm tarixinin hadisə, eləcə də ötən ili mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun Azərbaycan səfəri və imzalanan mühüm sazişlərdən meydana çıxan yeni reallıqarın böyük rolu oldu və Azәrbaycan-İsrail siyasi münasibәtlәrinə müxtəlif rakursdan elmi-politoloji təhlil və yanaşma əsasında müasir baxış ortaya qoyuldu".

Vaqif Abdullayev, "Təəssüf ki, kkitabın hazırlandığı bu il yarım ərzində İsrail və Fələstin Muxtariyyəti arasında baş verən münaqişə bölgədə sabitliyin pozulmasına səbəb oldu və hər birimiz bu münaqişənin tezliklə sülhlə başa çatmasını arzulayırıq.

Onu da qeyd edim ki, “Azərbaycan-İsrail” Cəmiyyətinin təşəbbüskarlığı sayəsində kitab həm də ivrit dilində nəşr edildi.

Əziz oxucular, “Dostumuz, müttəfiqimiz” kitabının yaxın günlərdə təqdimat mərasimi keçiriləcəkdir və bu barədə sizə məlumat veriləcək",-deyə bildirib.

Qeyd edək ki, kitabın həm Azərbaycan, həm də İvrit dilində elektron formada - PDF variantı ilə aşağıdakı link keçidi ilə tanış ola bilərsiniz:

file:///C:/Users/User/Downloads/Kitab%20%C4%B0srail%20TM%20Son++.pdf
file:///C:/Users/user/Downloads/Ivrit%20dilinde%20sagda%20-%20sola%20kitab.pdf

Anar Əliyev
Xəbəri paylaş