"Azərbaycan Ermənistan və Gürcüstandan daha çox Qərbə və Aİ inteqrasiya etdiyini bilavasitə elan etməsə də, bu, belədir. Ermənistan və Gürcüstan hələ sözdə olaraq inteqrasiyadan danışırsa, Azərbaycan artıq bu istiqamətdə əməli addımları on illərdir atır. Cənab Prezidentin son çıxışında ABŞ səfiri və ümumən ABŞ haqda dediklərini isə siyasi gediş hesab edirəm".
Newscenter.az xəbər verir ki, bu fikirləri ƏHD Partiyasının sədrinin müşaviri Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan ABŞ-la əlaqələrini Türkiyə üzərindən yürüdür. Üzdə görünən gərginlik də görüntü xatirinə edilən gedişlərdir və Türkiyə-Azərbaycan-ABŞ arasında hazırlanan oyunun tərkib hissəsidir:
"Hakan Fidanın ABŞ-a, sonra Bakıya səfəri bunu deməyə əsas verir. Bunların hamısı Rusiyanı regiondan çıxarmaq üçün atılan addımlardır. Yoxsa hesab etmirəm ki, açıq şəkildə ABŞ-la qarşı-qarşıya gəlmək Azərbaycan siyasi hakimiyyəti üçün prioritet olsun. Sadəcə ABŞ və Aİ Azərbaycana təzyiq edir görüntüsü yaratmaqla Rusiyanın fikrini yandırırlar. Cənab Prezident isə Azərbaycanın bu regionun ən güclü dövləti olduğunu təsadüfən işlətmir. Qərb də yaxşı başa düşür ki, regionu Rusiyadan azad etmək üçün ilk növbədə Azərbaycanın ərazisi ruslardan təmizlənməli idiki bu, belə də oldu. Ermənistan və Gürcüstanın Rusiyadan qurtulması isə artıq an məsələsidir".
Süleyman