Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstan və Ermənistanda Qərblə Rusiya arasında toqquşma gedir

Gürcüstan və Ermənistanda Qərblə Rusiya arasında toqquşma gedir


Cənubi Qafqazda baş verən proseslər onu deməyə əsas verir ki, Qərb və Rusiya arasında bölgə uğrunda yeni mübarizə başlayıb. Bu günlərdə regionun iki ölkəsi, Ermənstanda və Gürcüstanda baş verən proseslər, etiraz aksiyaları da bundan xəbər verir.

Newscenter.az-ın xəbərinə görə, politoloq Məhəmməd Əsədullazadə də belə düşünür. Onun sözlərinə görə, Ermənistanda "Vətən uğrunda Tavuş" hərəkatı etirazlarını davam etdirir:

"Erməni Qriqoryan kilsəsi etirazlara rəhbərlik edir. Kilsə Ermənistanda siyasi hakimiyyəti dəyişib, Robert Köçaryan klanını hakimiyyətə gətirməyi hədəfləyir. Keşiş Baqrat Qalatsyanın birbaşa rəhbərlik etdiyi aksiyaların hakimiyyəti devirmək potensiali yoxdur. ABŞ və Avropa Ermənistanda N. Paşinyanın devrilməsinə səssiz qala bilməz. Belə olan təqdirdə Rusiya Cənubi Qafqazda yenidən mövqeyini gücləndirəcək".

Politoloq deyib ki, Gürcüstanda və Ermənistanda Qərb və Rusiya arasında meydanlarda toqquşma gedir:

"Qərb Gürcüstanda müxalifəti, Ermənistanda hakimiyyəti dəstəkləyir. Geosiyasi rəqabət Cənubi Qafqazda həlledici mərhələyə daxil olub. Qərb prosesdə uduzarsa, Rusiya Gürcüstan və Ermənistanda möhkəmlənərsə Azərbaycan üçün də mənfi nəticələri olacaq".

Anar Əliyev
Xəbəri paylaş