Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri Kuandıq Bişimbayev 24 il azadlıqdan məhrum edilib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, sabiq nazir həyat yoldaşı Saltanat Nukenovanı həddindən artıq amansızlıqla qətlə yetirməkdə təqsirləndirilir.
Qeyd edək ki, Kuandıq Bişimbayevin məhkəməsində andlılar məhkəməsi hökm çıxarıb.
Bişimbayevə qarşı iki maddə üzrə ittiham irəli sürülüb: həddindən artıq amansızlıqla adam öldürmə (15 ildən 20 ilədək və ya ömürlük həbs); işgəncə (4 ildən 7 ilədək azadlığın məhdudlaşdırılması və ya bu müddətə azadlıqdan məhrum etmə).
Ağır cinayəti gizlətməkdə təqsirləndirilən Bakıtjan Bayjanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Anar Əliyev