Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan-Rusiya sərhədində nə baş verir?

Qazaxıstan-Rusiya sərhədində nə baş verir?


Qazaxıstan-Rusiya sərhədində bir neçə günlük sıxlıq yarana bilər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, buna səbəb iki ölkənin sərhəd keçid məntəqəsində təmir işlərinin aparılmasıdır. Belə ki, sabah Orınbor vilayətinin Maştakovo keçid məntəqəsində yol təmiri işlərinə başlanılacaq. Bu da tıxaclara səbəb ola və yoxlama prosesinin vaxtını artıra bilər. Bu barədə “Rosqranstroy”- “Rusiya Sərhəd Obyektlərinin Tikintisi və İstismar Direktorluğu” məlumat yayıb.

Eyni zamanda qurum yol təmir işlərinin iki mərhələdə aparılacağını açıqlayıb.

Mayın 14-dən 22-dək Rusiyadan Qazaxıstana gedən yolda buraxılış məntəqəsində quraşdırılan portal yoxlama kompleksinin ərazisində yol örtüyünün bərpası işləri aparılacaq.

Mayın 23-dən 31-dək isə Qazaxıstandan Rusiyaya giriş üçün keçid məntəqəsində quraşdırılan portal yoxlama kompleksinin ərazisində qeyd olunan işlər həyata keçiriləcək.

Anar Əliyev
Xəbəri paylaş