Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ticarət və pərakəndə satış həcmi artıb

Ticarət və pərakəndə satış həcmi artıb


Türkiyədə ticarət və pərakəndə satış həcmində artım qeydə alınıb.

Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, mart ayında ticarət satış həcmi illik göstəricidə 10,5 faiz, pərakəndə satış həcmi isə 19,4 faiz artıb.

Bu dövrdə topdan və pərakəndə ticarət, avtonəqliyyat vasitələri və motosikletlərin təmiri üzrə satış həcmi isə 3,3 faiz azalıb, topdansatış həcmi 5,5 faiz artıb.

Mart ayında ticarət satış həcmi keçən ilin eyni ayına görə 10,5 faiz artdı. Həmin dövrdə topdan və pərakəndə ticarət, avtonəqliyyat vasitələri və motosikletlərin təmiri üzrə satış həcmi 0,1 faiz azalıb. Topdansatış ticarətinin həcmi isə 9,4 faiz artıb.

Natiq Orucov
Xəbəri paylaş