Türkiyə istehsalı olan Togg avtomobili 2025-ci ilin əvvəlində Almaniyada satışa çıxarılacaq.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, bunu Türkiyəninn sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib. O bildirib ki, Togg Almaniyaya addım atacaq və 2025-ci ilin əvvəlində Avropa bazarına girəcək.
Nazir Türkiyənin peyk yaratmaq istəyi barədə də danışıb. O bildirib ki, bu, 40 illik bir arzudur.
Nazir deyib ki, Türkiyə yüksək texnologiyada indiyə qədər istehsal etdiyi ən bahalı texnologiya platformasını işə salmış olacaq.
Mehman Mehdiyev