Vaxtı ilə dünyanın müxtəlif ölkələrində demokfratiya adı altında oynadığı oyunları indi də ABŞ başda olmaqla Qərb Cənubi Qafqazda oynamaq istəyir.
Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisad elmləri doktoru, professor Fikrət Yusifov səsləndirib. Onun sözlərinə görə, onlar yüngül ağılla davranan Ermənistan hakimiyyətini bu yola sürükləyir:
"Gürcüstanda isə ciddi əsası olmayan bir mövzunu cəmiyyətlə hakimiyyət arasında mübahisə predmetinə çevirib, ortalığı qarışdırmağa qalxıblar. İnandırıram ki, Gürcüstanda meydana çıxıb etiraz edənlərin bir çoxu etiraz etdikləri məsələnin mahiyyətini belə tam dərk edə bilmirlər. Gürcüstan hökuməti nə istəyir? Hökumət deyir ki, Qərb onun ərazisində şəffaf maliyyə əməliyyatları aparsın, hökumət görsün ki, kimlərsə onun ölkəsinin ərazisində təxribatı deyil, sağlam fəaliyyəti maliyyələşdirir. Bu hər bir dövlətin təhlükəsizliyinin qorunması baxımından önəmlidir. Əslində hökumətin bu təklifinin qarşısında deyiləcək heç bir söz ola bilməz".
Anar Əliyev