"Azərbaycan, Türkiyə və Gürcüstanın birgə ortaqlıq və işbirliyi regionumuz üçün daha da faydalı olar".
Newscenter.az xəbər verir ki, bu fikirləri Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüş zamanı səsləndirib.
Gürcüstanın baş naziri deyib ki, birgə əməkdaşlıq regionun təhlükəsizliyi və sabitliyinə də öz töhfəsini verir:
"İnanırıq ki, getdikcə inkişaf edən və güclənən əməkdaşlığımız ümumilikdə bölgəmizin inkişafına öz töhfəsini verəcək".
Qeyd edək ki, mayın 16-da Gürcüstanın baş naziri İrakli Kobaxidze Türkiyəyə rəsmi səfərə gəlib.
Mehman Mehdiyev