"Bir sıra Avropa ölkələri açıq-aşkar Gürcüstanın daxili işlərinə qarışırlar. Bu günlərdə Gürcüstanda keçirilən etiraz aksiyalarında Avropanın bəzi dövlətlərinin siyasilərinin iştirakı və xalqı davamlı etirazlara səsləməsi bunun əyanu sübutudur".
Newscenter.az bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrupdan bildirilib ki, bu kimi hallarla avropalı siyasilər Gürüstanda xaos. anarxiya, qarşıdurmaya yol açmağa çalışırlar:
"Olduqca yalnış və təhlükəli tendensiyadır. Gürcüstanın müvafiq hüquq-mühafizə orqanları bu kimi hallara qarşı daha sərt tədbirlər görməlidirlər. Əks təqdirdə qısa müddətdə Gürcüstan dövlətçiliyi ciddi təhlükə qarşısında qalacaq".
Anar Əliyev