Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan hər zaman İrana qarşı siyasətində ayıq-sayıq olmağa məcburdur

Azərbaycan hər zaman İrana qarşı siyasətində ayıq-sayıq olmağa məcburdur


"İranın Ali Dini lideri Əli Xameneinin mətbuat orqanı olan "Keyhan" qəzetinin növbəti dəfə Azərbaycanı hədəf alan və hədələyən məqalə yayımlanması, əslində İranın anti-Azərbaycan siyasətinin davamı kimi qəbul etmək lazımdır".

Bu fikirləri Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O deyib ki, bu günlərdə İranın paytaxtı Tehran şəhərində keçirilən beynəlxalq kitab sərgisinə qatılan Əli Xamenei əlinə aldığı kitab haqqında bu cümlələri qeyd edir: "Bu kitab yunanlar tərəfindən, türklərə qarşı yazılib. Kitabda Osmanlı türklərinin yunanlara qarşı işlətdiyi zülüm və şiddət gözəl şəkildə qələmə alınmışdır".

Çingiz Şahbazinin sözlərinə görə, İranın Ali Dini lideri Əli Xameneinin və ümumiyyətlə İranın rəsmi dövlət agentliklərinin Azərbaycanla bağlı əksər məqalələrinə nəzər salsaq görərik ki, yazılan yazıların böyük həcmi Ermənistanın mətbuat orqanlarının ölkəmizlə bağlı yazdıqları məqalələrlə üst-üstə düşür:

"Bu səbəbdən Azərbaycan hər zaman İrana qarşı siyasətində ayıq-sayıq olmağa məcburdur. Çünki, indiyə qədər baş verən xoşagəlməz hər hansı bir hadisənin müəllifi İran tərəfindən qaynaqlanmışdır".

Anar
Xəbəri paylaş