Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Çin arasında dostluğun kökü tarixi İpək Yolundan başlayır

Azərbaycan və Çin arasında dostluğun kökü tarixi İpək Yolundan başlayır


"Azərbaycan və Çin arasında dostluğun kökü tarixi İpək Yolundan başlayır. Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda söz sahibi olan lider dövlət, Çin isə Asiyanın və dünyanın iqtisadi güc mərkəzlərindən biridir.
Siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi amillər və digər mühüm faktorlar hər iki ölkəni bir sıra ortaq baxış və strateji maraqlar bucağında tamamlayır".

Newscenter.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, Çinin müstəqil Azərbaycanla ikitərəfli münasibətlərin əsası 1992-ci ildə qoyulsa da, birbaşa siyasi təmaslar Ulu öndər Heydər Əliyevin 1994-cü il 7-10 mart tarixində bu ölkəyə rəsmi səfərdən sonra inkişaf etməyə başlayıb. Səfər zamanı iki dövlət arasında 8 müqavilə imzalanıb ki, bu da gələcək çoxşaəli əlaqələrin dinamiası üçün möhkəm sütuna çevrilib:

"2000-ci ilin iyun ayında Ümumçin Xalq Nümayəndələri Məclisi Daimi Komitəsinin sədri Li Pen Azərbaycana səfəri çoxşaxəli əlaqələrin dinamikasında yeni səhifə açıb.

Prezident İlham Əliyevin 2005-ci il martın 17-19-da Çin Xalq Respublikasında rəsmi səfəri və ÇXR-in sədri Xu Szintao ilə görüşü iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi yadda qalıb. Azərbaycan Prezidentinin 2008-ci ildə Çinə səfəri qarşılıqlı münasibətlərin müasir inkişafında daha da əlamətdar olub.
Cənab İlham Əliyevin 2015-ci ilin dekabr ayında bu ölkəyə səfəri zamanı ölkələr arasında “Dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə” imzalanıb və əlaqələrin gündəliyinə daha yeni siyasi çalarlar əlavə etmiş olub".

Vaqif Abdullayev deyib ki, BMT-nin beş daimi üzvündən biri olan Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyib, hazırda öz dövlət suverenlyini tam bərqərar etmiş ölkəmizin azad olunmuş torpaqlarında ən çox fəallıq edən investorlar arasında Çin şirkətləri xüsusi yer tutur:

"Azərbaycan da Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib. Bir müddət əvvəl Tayvanda keçirilən seçkilərə respublikamızın rəsmi mövqeyi və bu seçkilərin pislənilməsi Çinin ərazi bütövlüyünə bir daha dəstəyi ifadə etdi.

Son vaxtlar, ələxsus da Azərbaycan öz ərazi suvrenliuyini tam bərqərar etdikdən sonra Çinlə ölkəmiz arasında təmaslar daha da güclənib. Prezident İlham Əliyevin ötən gün Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söylədiyi fikirlər də bunu təsdiq edir.
Siyasi təmasların möhkəmlənməsində hakim partiyaların da rolu xüsusi əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyası Çin Kommunist Partiyası ilə dostluq münasibətləri saxlayır. Həmçinin, Azərbaycan-Çin Parlamentlərarası işçi qrupu Azərbaycanda ən böyük parlamentlərarası qrupdur və onun 22 üzvü var.

Azərbaycan Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir, Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı Azərbaycan və Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Hazırda Çin Zəngəzur dəhlizini dəstəkləyir və bu dəhlizi Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa magistral hesab edir".

Anar
Xəbəri paylaş